“Bundan sonra bütün diqqətimizi DÇ-yə yönəldəcəyik”

Xorvatiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Newsport.az xəbər verir ki, Zaqrebdə 2 qızıl, 3 gümüş və 1 bürünc medalla komanda hesabında 2-ci yeri tutan yığma komandanın baş məşqçisi Aleksandr Tarakanov bu uğurla bağlı fikirlərini bölüşüb:

“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Zaqrebdə keçirilən reytinq turnirindən sonra ölkə xaricində 2 təlim-məşq toplanışı keçdik. Xorvatiyada və Gürcüstanda hazırlıq prosesində iştirak etdik. Komandamız qitə birinciliyində uğurlu çıxış etdi. Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik. Federasiya rəhbərliyi beynəlxalq arenalarda uğurlu çıxış etməyimiz üçün lazım olan bütün şəraiti yaradır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right