"AAAF Xırdalan" Şəkidə asan qələbə qazandı

Bu gün Şəki Olimpiya İdman Kompleksində Basketbol Liqasının 27-ci turunun bağlanış oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, “Olimpik Şəki” doğma azarkeşlər önündə pley-offa vəsiqə qazanmış “AAAF Xırdalan”ı qəbul edib. Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən “AAAF Xırdalan” zəif rəqibi üzərində 113:79 hesablı asan qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (19 xal, 8 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (23 xal, 4 ribaund) olublar.

Azərbaycan Basketbol Liqasında sonuncu – 28-ci turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində “AAAF Xırdalan” müntəzəm mövsümü lider tamamlamış “Sabah” kollektivi ilə, paytaxt klubu NTD isə region təmsilçisi “Gəncə” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right