Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, idmançılarmız 1/8 finaldan mübarizəyə başlayacaqlar.

Nihat Məmmədli (60 kq) Edmond Nazaryanla (Bolqarıstan) qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikinlə (Ukrayna) üz-üzə gələcək.

Rafiq Hüseynov (82 kq) Mark Veberlə (İsveçrə),  Arif Niftullayev (97 kq) Artur Omarovla (Çexiya) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right