Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər

Qətərdə keçiriləcək cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 7-14 may tarixlərində Dohada təşkil ediləcək çempionatda Azərbaycan 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək.

Fərdi yarışlarda təmsil edəcək Azərbaycan milli yığmasını heyətini təqdim edirik:

Qadınlar
-48 kq. 

Leyla Əliyeva
Könül Əliyeva

-52 kq. 
Gültac Məmmədəliyeva
Aydan Əliyeva

Kişilər
-60 kq.

Balabəy Ağayev 
Turan Bayramov 

-66 kq. 
Orxan Səfərov 

-73 kq. 
Hidayət Heydərov 

-81 kq. 
Səid Mollayi 

-90 kq. 
Məmmədəli Mehdiyev 
Murad Fətiyev 

-100 kq. 
Zelim Kotsoyev 

+100 kq. 
Uşanqi Kokauri





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right