Voleybol üzrə Azərbaycan çempionatlarında ilk final oyunlarının vaxtı açıqlanıb

Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.

Federasiyadan Newsport.az verilən məlumata görə, kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər.

Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq. Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda
11 aprel
1-ci oyunlar
17:00 "Neftçi" - MOİK
19:00 "Xarı bülül" - "Murov"

Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda
12 aprel
1-ci oyunlar
15:00 "Azərreyl" - "Abşeron"
17:00 "Murov" - UNEC





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right