Superağır çəkidə ikiqat dünya çempionu Entoni Coşuanın promouteri Eddi Hirn müştərisinin potensial 2 rəqibi haqqında məlumat verib.
Xatırladaq ki, sonuncu dəfə britaniyalının rəqibi amerikalı Cermeyn Franklin olub və Coşua hakimlərin yekdil qərarı ilə məğlubiyyətə uğradıb.
“Entoni əla çıxış etdi, lakin daha yaxşı döyüşə bilərdi. Bəzi hallarda özünəinamın çatışmazlığı hiss edilirdi. Digər tərəfdən döyüşlər arasında fasilənin böyük olmasını yaddan çıxarmamalıyıq. Buna qədər o, 2020-ci ildə Kubrat Pulevlə rinqdə qarşılaşmışdı. Ovaxtdan bu yana 3 məşqçi dəyişib və məğlubiyyətin onun üçün karyeranın sonu olduğunu da yaxşı anlayır. Bütün bunların təsiri var. Belə təzyiq altında döyüşmək asan məsələ deyil.
Fikrimcə, yayda daha bir döyüşə ehtiyacımız var. Dillian Vayt və Otto Vallin maraqlı görünür. Co Coys da var. Lakin o, çox ağır ola bilər. Ümumiyyətlə isə Tayson Fyuri və Deonti Vaylderlə görüşün baş tutacağaı ehtimalı yüksəkdir. Həmin döyüşlərdə Entoninin qələbə şansı kifayət qədərdir”,- deyə Hirn MMAFightingonSBN kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, 2012-ci ilin olimpiya çempionu 2011-ci ildə Bakıda keçirilən dünya çempionatında finalda Məhəmmədrəsul Məcidova minimal hesabla məğlub olmuşdu. Ardınca peşəkar karyeraya başlayan britaniyalı Co Freyzerdən sonra olimpiya çempionu kimi peşəkar arenada dünya çempionluğu kəmərinə sahib olan ilk boksçudur.