Böyük Dəbilqədə 8 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək. 
 
Newsport.az xəbər verir ki, turnirin ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq.
 
Kişilər arasında -60 kq. çəkidə Kəramət Hüseynov və Nazir Talıbov, -66 kq. çəkidə Orxan Səfərov və Yaşar Nəcəfov medallar uğrunda mübarizə aparacaq.
 
Qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə güclərini sınayacaq.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right