Azərbaycanın 2 cüdoçusu mübarizəyə başlayır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.

Vüqar Talıbov (90 kq) 1/16 finalda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, Camal Qamzatxanov (+100) isə 1/8 finalda İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə Azərbaycan yığmasından Turan Bayramov (60 kq) qızıl,  Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right