Milli üzvü avrokubokun gümüş medalını qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.

Newsport.az-ın məlumatına görə, hücumçumuzun formasını geyindiyi Rumıniyanın “CSM Lugoj” klubu “Çağırış kuboku”nun finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.

Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right