"Gəncə" evdə qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 21-ci turun daha bir oyunu baş tutub.

Newsport.az-ın məlumatına görə, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right