Azərbaycan millisi Nigeriyaya rəqib oldu

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin inkişaf etməkdə olan ölkələrin turnirində rəqibləri müəyyənləşib.

Newsport.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində yığma D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkün nəticəsinə əsasən, iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

A qrupu: Malta, Andorra, Hindistan

B qrupu: Kipr, Moldova, Avstraliya

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya

Yarış 25-30 aprel aralığında Bolqarıstanın Varna şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right