Azərbaycanın 6 cüdoçusu üçün “Böyük Dəbilqə” sınağı başlayır

3-5 martda Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Newsport.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək.

Azərbaycan millisi yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.

İdmançılar mötəbər yarışda böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.

-60 kq.
Rövşən Əliyev
Əhməd Yusifov

-66 kq.
Kamran Süleymanov
Ruslan Paşayev

-73 kq.
Nəriman Mirzəyev
Rəşid Məmmədəliyev





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right