"Azərreyl" "Murov"u məğlub etdi

Qadın voleybolçular üzrə Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

Newsport.az-ın məlumatına görə, "Azərreyl" "Murov"u 3:0 (25:22, 25:20, 25:18) hesabı ilə məğlub edib.

Günün ikinci matçında "Abşeron" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:10, 25:05, 25:07).

Qeyd edək ki, hazırda 17 xala malik "Azərreyl" liderdir. "Abşeron" 15 xalla ikinci, "Murov" 10 xalla üçüncü sıradadır. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right