Bu gün basketbol üzrə Azərbaycan çempionatında 17-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turun son matçında "Sabah" "Neftçi" ilə üz-üzə gəlib.
Matç "Sabah"ın qələbəsi ilə yekunlaşıb.
"Sabah" - "Neftçi" 79:61
Turun digər görüşləri aşağıdakı hesablarla başa çatıb:
NTD - "Zirvə Astara" 92:79
"Gəncə" - "AAAF Xırdalan" 92:78
"Olimpik" (Şəki) - "Sərhədçi" 83:106