Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlandı

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib.

Newsport.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında 3-cü dövrənin oyunlarına fevralın 14-də start veriləcək.

Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları arasında olacaq.

Daha sonra “Xarı bülbül” və MOİK kollektivləri meydana çıxacaqlar. Bu görüş isə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 7-ci turun oyunları Voleybol Mərkəzində təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right