“Olimpik Şəki” “Sərhədçi”yə məğlub oldu

Azərbaycan Basketbol Liqasında 17-ci turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, “Olimpik Şəki” “Sərhədçi”ni qəbul edib.

Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların 106:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura fevralın 13-də keçiriləcək “Sabah” – “Neftçi” İK görüşü ilə yekun vurulacaq. Daha öncə NTD “Zirvə” (Astara) üzərində 92:79, “Gəncə” isə “AAAF Xırdalan”la oyunda 92:78 hesablı qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right