Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya kubokunda qadınların komanda yarışında qaliblər müəyyənləşir.
Newsport.az-ın məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada yığmasına 45:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib.
Bu mərhələdə Fransa millisi ilə qarşılaşan komandamız gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün yekununda rəqibini 45:44 hesabı ilə məğlub edib. Qadın sablyaçılarımız yarımfinalda Macarıstan yığmasını 45:37 hesabı ilə üstələyib. Komandamız həlledici görüşdə Bolqarıstan sablyaçıları ilə qarşılaşacaq.