Azərbaycan millisi Almatıda təlim-məşq toplanışında iştirak edir

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanın Almatı şəhərində yerləşən Akbulak İdman Mərkəzində təlim-məşq toplanışındadır.

Newsport.az-ın məlumatına görə, Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova Qazaxıstanla yanaşı İspaniya, Ukrayna, Yunanıstan və Bolqarıstan yığmaları ilə birgə hazırlıq keçir.

Təlim-məşq toplanışı 10-12 fevralda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right