Türkiyə komandası avrokubok oyununun təxirə salınmasını istəməyib

Türkiyənin "Qaziantep" basketbol komandası Avropa Kuboku oyununun təxirə salınmasını istəməyib.

Newsport.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi tviter hesabı məlumat yayıb.

Qurum daha əvvəl ölkədəki zəlzələ ilə əlaqədar Türkiyə təmsilçilərinin matçlarının təxirə salındığını açıqlamışdı.

Qeyd edək ki, "Qaziantep" K qrupunun VI turunda fevralın 8-də Almaniyada "Crailsheim Merlins"in qonağı olacaq. Komanda beş görüşdən sonra 10 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right