Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda növbəti görüşünü keçirəcək.
Newsport.az-ın məlumatına görə, birinci turda məğlub olan 35 yaşlı şahmatçı eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə qarşılaşacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər dörd görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya məğlub olub (1.5:2.5).
“Airthings Masters” fevralın 10-da yekunlaşacaq.