Avropa çempionatında 8 medal şansı

3-5 Fevral tarixlərində Kiprin Larnaka şəhərində karate üzrə Yeniyetmə və gənclərin Avropa çempionatında işirak edən milli komandamız yarışın son günü 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (-54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (-55 kq) və Aysu Əliyeva (- 59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (-60 kq) final görüşünə çıxacaq.

14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatima Məmmədova (-47 kq) və Rahib Əzim (70+ kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right