"Zaqreb Open": Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, yunan-Roma güləşçilərindən 77 kq çəki dərəcəsində çıxış edən Sənan Süleymanov təsnifatda Amin Yavar Kaviyaninejadla (İran) üz-üzə gələcək.

87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcək.

Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü Anastasiya Niçitaya (Moldova) qarşı keçirəcək. Elis Manolova (62 kq) isə Kiyoko Miraklın (ABŞ) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right