Bakıda Avropa çempionatı keçiriləcək

Gimnastikanın “TeamGym” növü üzrə 2024-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Avropa Gimnastikasının (EG) rəsmi saytı xəbər yayıb.

Yarış 16 – 19 oktyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan növə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right