Rüstəm Orucov Qran Pridə iştirak etməyəcək

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turnirinin ikinci günündə -81 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçu Rüstəm Orucov turnirdə iştirak etməyəcək.

Newsport.az Azərbaycan Cüdo Federasiyasının mətbuatına istinadən xəbər verir ki, o, xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, milli yığmanın həkiminin qərarına əsasən yarışa qatılmayacaq.

Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right