“Sabah”dan növbəti qələbə

Azərbaycan Basketbol Liqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Günün yeganə qarşılaşması Sərhədçi İdman Mərkəzində “Sabah” və “Zirvə Astara” komandaları arasında baş tutub.

Gərgin mübarizə şəraitində keçən matçdan “Sabah” basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.

Ən məhsuldar basketbolçular paytaxt klubundan Entoni Patti (21 xal, 8 ribaund), bölgə təmsilçisindən isə Cerret Henderson (20 xal, 11 ribaund) olub.

Xatırladaq ki, ilk oyun günündə NTD “Sərhədçi”yə 79:78 hesabıyla qalib gəlib. Turun digər oyunlarında “AAAF Xırdalan” “Neftçi” İK, “Gəncə” isə “Olimpik Şəki” ilə üz-üzə gələcək. Bu görüşlər müvafiq olaraq 28-29 yanvarda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right