Azərbaycan tennisçiləri üçün Qazaxıstan sınağı

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.

Newsport.az-ın məlumatına görə, söhbət Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq “Shimkent cup” turnirindən gedir.

Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı yeniyetmə idmançılar da bacarıqlarını göstərəcəklər.

Seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Qazaxıstana 8 idmançı yollanıb. Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova etimadı doğrultmağa çalışacaq. Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right