Teymur Rəcəbov heç-heçələrlə başladı

Moskvada beynəlxalq “Şahmat ulduzları-2023” turniri start götürüb. Newsport.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, həmyerlimiz Teymur Rəcəbov turnirin ilk günündə iki görüş keçirib. Rapid yarışlarına qatılan şahmatçımız Aleksandra Qoryaçkina (Rusiya) və Fransisko Valexo Pons (İspaniya) ilə heç-heçə oynayıb. 
 
Qeyd edək ki, Rapid yarışları yanvarın 26-da başa çatacaq və bir günlük istirahətdən sonra 9 turdan ibarət blits yarışlara start veriləcək.   




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right