Ümumdünya Atletikasının rəhbəri IOC prezidentliyinə namizəd ola bilər

Ümumdünya Atletikasının (World Athletics) rəhbəri Sebastyan Kou 2025-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidentliyinə namizəd ola bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə funksioner "The Times" nəşrinə açıqlama verib.

O bildirib ki, namizədlik məsələsini nəzərdən keçirəcək: "Bunu mütləq istisna etmirəm. Həqiqətən hiss edirəm ki, indi etdiyim iş ən yaxşısıdır. Siz 11 yaşında atletika komandasının üzvü olursunuz və bir gün idmana rəhbərlik etmək, ona yeni forma vermək fürsəti əldə edirsiniz".

Qeyd edək ki, hazırda Beynəlxalq Olimpiya Komitəsinə almaniyalı Tomas Bax rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right