“Neftçi”nin oyunu yenə təxirə salındı

Kişi voleybolçular arasında Yüksək Liqanın 2-ci turundan təxirə salınmış “Neftçi” – “Xarı bülbül” oyunu növbəti dəfə ertələnib.

Bu barədə Newsport.az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.

Bildirilib ki, “Xarı bülbül” klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.

Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Oyun daha əvvəl “Neftçi”nin voleybolçuları xəstələndiyi üçün baş tutmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right