Tanınmış məşqçi millimizə dəvət olundu

Yeniyetmə və gənc şahmatçıların beynəlxalq yarışlara yüksək hazırlığını təmin etmək üçün Azərbaycan Şahmat Federasiyası daha bir məşqçini Bakıya dəvət edib.

Newsport.az-ın məlumatına görə, Avropa çempionu, komandalar arasında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Şahmatda böyük təcrübəyə malik Yevgeni Tomaşevski yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Azərbaycan Şahmat Federasiyası yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığma komandanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Yevgeni Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib. Şahmatçıların hazırlığı fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı o Saratov klubunun heyətində iki dəfə Avropa Kubokunun qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right