Bakıdakı dünya çempionatına 16 ölkə qatılacaq

Azərbaycan Gimnastika Federasiyası (AGF) bu ilin fevralından yerli və beynəlxalq yarışlar mövsümünə start verəcək.

Newsport.az-ın məlumatına görə, fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçiriləcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right