Azərbaycanlı hakim Türkiyə və Almaniya klublarının oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.

Newsport.az-ın məlumatına görə, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbaxça Opet” (Türkiyə) – “Alyans MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq.

Matçın ikinci hakimi funksiyasını rumıniyalı Paul Katalin Sabo-Aleksi yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right