Nazir futbol meydançalarına baxış keçirdi

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 13-də Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Newsport.az-ın məlumatına görə, Maştağa və Yeni Suraxanı qəsəbələrinin futbol meydançalarına baxış keçirən nazir mövcud şəraitlə bağlı fikir mübadiləsi aparıb.

Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zallarının fəaliyyəti ilə maraqlanan nazir idmançıların məşq prosesini izləyib, onlarla və məşqçilərlə söhbət edib. İdman zallarının imkanlarından daha səmərəli istifadə olunması istiqamətində mütəxəssislərlə müzakirələr aparıb, öz tövsiyələrini verib.
Nazir Fərid Qayıbov həmçinin Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbinin, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlanıb.

Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin fəaliyyə ilə tanışlıq zamanı isə burada idmançılara göstərilən tibbi xidmət barədə fikir mübadiləsi aparılıb. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right