Millimiz Böyük Britaniyaya uduzdu

Kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turniri davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupda ikinci turun oyunları keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın növbəti günündə əvvəlcə Kipr və Malta komandaları üz-üz gəliblər. İlk turda Böyük Britaniya seçməsi ilə oyundan heç-heçə ilə ayrılan Kipr həndbolçuları bu görüşdə qələbə qazanıblar – 47:26.

Günün ikinci oyununda Azərbaycan millisi Böyük Britaniya kollektivi ilə qarşılaşıb. Turnirə Malta seçməsi üzərində qələbə ilə başlayan komandamız bu görüşdə də etimadı doğrultmaq əzmində idi. Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi britaniyalıların 16:8 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra vəziyyəti dəyişməyə çalışan həndbolçularımız yüksək əzmkarlıq göstərsələr də, oyun Böyük Britaniya komandasının qələbəsi ilə nəticələnib – 39:22.

Gənclər və idman naziri Fərid Qayıbov və AHF-nin vitse-prezidenti Orxan Abbasov tərəfindən görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar təqdim olunub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. Saat 12:45-də Böyük Britaniya – Malta görüşü başlanacaq. Saat 15:00-da isə Kipr və Azərbaycan komandaları meydançaya çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right