Yenidən liderliyə yüksəldi

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə "Gəncə" və NTD komandaları üz-üzə gəliblər. Gərgin keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıblar. Komanda 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Ceylon Perri (28 xal, 2 ribaund , NTD-dən isə Kuinton Kempbel, 23 xal, 5 ribaund olublar.

Qeyd edək ki, turun "Neftçi İK" - "Zirvə Astara" və "Olimpik Şəki" - "AAAF Xırdalan" matçları yanvarın 14-ü və 15-də oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right