AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.

AVF-dən Newsport.az-a verilən məlumata görə, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right