Azərbaycan çempionatında 13-cü tur: "Sabah" "Sərhədçi"yə qarşı

Bu gün basketbol üzrə Azərbaycan çempionatında 13-cü tur start veriləcək.

Newsport.az xəbər verir ki, turun ilk görüşü liderlik uğrunda mübarizə aparan “Sərhədçi” və “Sabah” klubları arasında keçiriləcək.

Turun digər matçları isə yanvarın 12-də, 14-ü və 15-də oynanılacaq.

19:15 “Sərhədçi” – “Sabah”

12 Yanvar

19:15  “Gəncə”- NTD

14 Yanvar

17:30 “Neftçi” – “Zirvə Astara”

15 yanvar

15:00 “Olimpik”(Şəki) – “AAF Xırdalan”

Turun ilk üç görüşü Sərhədçi İdman kompleksində keçiriləcək. “Olimpik” isə rəqibini Şəkidə qəbul edəcək.

​Xatırladaq ki, hazırda NTD 21 xalla vahid liderdir. Aktivində 20 xal alan “Sabah”, “Gəncə”,  “Sərhədçi” növbəti pillələri bölüşür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right