Turun son oyununda “Zirvə Astara” qalib gəldi

Bu gün Astara Olimpiya İdman Kompleksində basketbol üzrə Azərbaycan çempionatının 12-ci turun sonuncu oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə "Olimpik Şəki BK" basketbolçularını qəbul edirdi.

Oyuna "Olimpik Şəki BK" basketbolçuları üstün başlasalar da, yekunda "Zirvə Astara BK" geri dönüş edərək rəqibi üzərində 85-80 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Ruşard Kruikşenk - 30 xal, 9 ribaund ), "Olimpik Şəki BK" ( Ceyson Brauer - 23 xal, 6 ribaund )

Qeyd edək ki, 13-cü turun oyunları 11,14 və 15 yanvar tarixlərində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right