Yığmamızın üzvü Çin klubunda

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.

Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək.

Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.

2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right