Dadaş Dadaşbəyli yenidən zirvədə!

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kubokunda üçüncü yarış günü başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Günə çəkisi 102, 109 və +109 kq çəki dərəcələrində qaliblərin müəyyən edilməsiylə yekun vurulub.

102 kq-da toplam 340 kq (155+185) nəticə göstərən “Təhsil” İdman Mərkəzinin təmsilçisi Əli Şükürlü, 109 kq kq çəki dərəcəsində toplam 360 kq (165+195) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Dadaş Dadaşbəyli və +109 kq çəki dərəcəsində toplam 309 kq (132+177) nəticə göstərən “Buta” Klubunun təmsilçisi İsmayıl Qurbanov qızıl medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right