"Sabah" "Gəncə"ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında XI tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunlarında "AAAF Xırdalan" və NTD, "Sərhədçi PİK" və "Zirvə Astara", "Olimpik Şəki" və "Neftçi İK" komandaları qarşılaşacaqlar. Görüşlər 24 və 25 dekabrda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right