Basketbol üzrə Azərbaycan çempionatında 10-cu turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu tur liqanın iddialılarından olan “Sabah” “Neftçi”ni 99:81 hesabı ilə məğlub edib.
Turnir cədvəlinin lideri olan "Gəncə" “AAF Xırdalan”a 71:85 uduzub. “Sərhədçi” “Olimpik”dən (Şəki) üstün olub – 99:80.
Bu gün tura yekun vurulacaq.
“Zirvə Astara” NTD-ni qəbul edəcək.