Olimpiya çempionu Bakıya gəldi

42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Samuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vüqar Həşimov Memorial - 2022”də iştirak edəcək. Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Şenklend bunun üçün artıq Bakıya gəlib.
 
Turnirdə 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
 
42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right