"Sportinfo" Qarabağın ən qaynar nöqtəsində

“Mən burada gördüklərimi heç vaxt unutmayacam“.

Newsport.az-ın məlumatına görə, bu sözlər Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğluna məxsusdur.

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasına qatılan İ.Vaqifoğlu bildirib ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, insanlar gecə saatlarında da bura axın etməkdə davam edir.

Onun dediyinə görə, etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar deyiblər və onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir:

«Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov və bu səfərdə iştirak etməyimə şərait yaradan rəsmilərə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.

Mənə böyük şərəf verdilər və qürurlandırdılar. Həqiqətən Şuşada olmaq, yaxın ərazidə yaşanan hadisəni canlı izləmək, ora toplaşan sadə azərbaycanlılıların dirənişi görmək inanılmaz hissdir.

Bununla bağlı müraciətimə müsbət yanaşıldı və rəsmi qeydiyyatdan keçdim.

Bakıdan Şuşaya 7 saata getdik və gecənin yarısı olmasına baxmayaraq, işğaldan azad edilmiş əraziləri görmək istəyi məndə o qədər güclü idi ki…

Bu sevincli anları doya-doya yaşadım, gecəboyu gözümə yuxu getmədi. Şuşanın girişində qarşılaşdığım mənzərə məni çox heyrətləndirdi.

Ayrı-ayrı təbəqələrin, QHT və media mənsublarının qatıldığı etiraz aksiyasında əsl vətənpərvərlik ab-havası gördüm. Hamı tədbirdə ürəkdən iştirak edir və öz istəyi ilə bura gəlir.

Erməniməramlı rus hərbçiləri yerlərində donub qalmışdı. İlk gündəki sərt münasibəti göstərmirdilər. Onlar da başa düşürlər ki, Azərbaycan tərəfinin tələbi və iradı haqlıdır.

Yolları ruslar bağlayıb. Xankəndini də ruslar blokadaya salıb. Aksiyada iştirak edənlər general Andrey Volkovun bura gəlməsini tələb edir.

Çünki Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı əvvəl söz vermişdi ki, Azərbaycan bu ərazidə gömrük postu quracaq.

Ancaq ermənilərin təkidindən sonra o, vədini yerinə yetirmədi, əvəzində Laçın yolunu bağladılar. Mənim gördüyüm odur ki, rus kontingenti verilən vədi yerinə yetirməyənə kimi aksiya davam edəcək.

İnsanlarımız qətiyyən geri çəkilmək fikrində deyil və yolun bağlı qaldığı hər gün ermənilərə baha başa gələcək.

Xankəndidəki ermənilər hələlik öz «kisə»lərindən yeyirlər. O da bir gün qurtaracaq.

Bizim insanlar aksiyada təxribatdan çox uzaq, iamamilə sivil yanaşma nümayiş etdirir. Fikirlərini aydın və sakit şəkildə ifadə edirlər.

Etirazın forması sadə və məntiqlidir. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin eləyir.

Onu da bildirim ki, Şuşanı bir qədər yaxından görmək və gəzmək fürsəti yaxaladım. Möhtəşəm və qədim şəhərdir. Şuşa böyük tikinti meydançasını xatırladım.

Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Şuşada böyük işlər görülür. Hər yerdə inşaat gedir, çoxlu şəxs çalışır. Qısa bir müddət sonra şəhər daha da gözəlləşəcək, əsl mədəniyyət paytaxtına çevriləcək».

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right