Azərbaycan çempionatında ilk günün nəticələri bəlli oldu

2 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının ilk yarış günü keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün çempionatda qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər bəlli olub.

Xatırladaq ki, Azərbaycan çempionatına dekabrın 4-ü yekun vurulacaq.

Medalçıları təqdim edirik:

Qadınlar
-48 kq.

1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva
3. Aişə Qurbanlı
3. Könül Əliyeva

-63 kq.
1. Aytac Qardaşxanlı
2. Nərgiz Hacıyeva
3. Rahidə Cavadova
3. Diana Şoranova

Kişilər
-60 kq.

1. Nazir Talıbov
2. Kənan İsmayılov
3. Turan Bayramov
3. Rövşən Əliyev

-81 kq.
1. Zelim Tckayev
2. Ömər Rəcəbli
3. Kərim Allahverdiyev
3. Məhərrəm İmamverdiyev

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right