Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasına üzv seçildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) həkimləri 22-23 noyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin Tibb Komissiyalarının birgə təşkilatçılığı keçirilən seminarda iştirak ediblər.

Newsport.az-ın məlumatına görə, seminar zamanı Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib.

O, gələn ildən etibarən Avropa Cüdo Birliyinin təqvimində olan yarışlarda komissar həkim kimi fəaliyyət göstərəcək. Ramil Vəliyev Avropa Cüdo Birliyinin Tibb Komissiyasında fəaliyyət göstərəcək ilk azərbaycanlı həkim olacaq.

“Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçildiyim üçün qürur hissi keçirirəm. Son bir ildə Azərbaycan Cüdo Federasiyası elmi yanaşmaya və təhsilə xüsusi önəm verir, həmçinin cüdonun ölkədə hərtərəfli inkişafı üçün böyük səylər göstərir. Bu il ərzində Federasiyanın həkimləri, fizioterapevtləri və masajistləri bir çox beynəlxalq və yerli seminarlarda iştirak ediblər. Bu vəzifəyə təyin olunmağımla əlaqədar Azərbaycan Cüdo Federasiyasına, Avropa Cüdo Birliyinə və bütün cüdo ailəsinə təşəkkürümü bildirirəm”, – deyə Vəliyev bildirib.

Ramil Vəliyev 2012-ci ildən cüdo üzrə milli yığma komandalarında həkimi vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right