"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin vaxtı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, bu barədə yarışın baş direktoru Anar Allahverdiyev superturnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, turnir bu il 17-24 dekabrda təşkil olunacaq. "Fairmont" hotelində dairəvi sistem üzrə keçiriləcək yarışın 2 iştirakçısı artıq məlumdur. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdur.

Allahverdiyevin sözlərinə görə, digər şahmatçıların adları və mükafat fondu yaxın vaxtlarda açıqlanacaq: "Turnir üçün açılış və qapanış mərasimləri nəzərdə tutulub. Maraqlı tədbir planlaşdırılır. İştirakçılar arasında gənclərə daha çox üstünlük veriləcək".

Qeyd edək ki, "Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turniri SOCAR-ın baş sponsorluğu ilə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right