Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Newsport.az-ın məlumatına görə, 30 yaşlı qrossmeyster son turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib.
Yekunda 6,5 xal toplayan Eltac Səfərli yarışı birinci pillədə başa vurub.
Xatırladaq ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.