Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək.

Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gələcək.

Komanda IV turda Polşanı sınağa çəkəcək.

Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 4 xalla B qrupunun lideridir.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right