Azərbaycan Avropa çempionatında 17 medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının məlumatına görə, daha bir millimizin gənc üzvü "Low kick" versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı "Ağ canavar" ləqəbli Amin Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.

Digər finalçılarımız – Nihad Tağızadə (Low kick; 51 kq), Amil Məmmədov (Full contact; 51 kq), Məhəmməd İmanov (Full contact; 57 kq) və Elvin Qasımov (K1; 51 kq) meydan sahibi idmançılara uduzub. Onlar müvafiq olaraq Türkiyə kikboksçuları – Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə yenilərək gümüş medalla kifayətləniblər.

Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact; 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb. Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksçumuz, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Azərbaycan millisi böyüklər və veteranlar kikboksçular arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır. Komandamız sabah saat 14:50-də Vətəndə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right